Bundan əlavə, məqalədə vurğulanır ki, İran hələ də Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi 19 obyektə qarşı istifadə edilə bilən ballistik raketlərin orijinal ehtiyatının təxminən yarısını qoruyub-saxlamış ola bilər.
“Kütləvi qlobal təsirlər göstərəcək variantlardan biri hər gün dünya neft tədarükünün 20 faizindən çoxunun keçdiyi kritik gəmiçilik zolağı sayılan Hörmüz boğazının bağlanması ola bilər”, - nəşr qeyd edir.
|
| Trampın ətrafı çaş-baş qalıb |
Xatırladaq ki, iyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Bununla belə, İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın İsraillə atəşkəs və ya hərbi əməliyyatlarla bağlı hələlik heç bir razılaşması yoxdur. Onun sözlərinə görə, bu təşəbbüslə bağlı yekun qərarın sonra verilməsi planlaşdırılırdı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


